Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

DUA ÜRƏYİN GÖSTƏRİCİSİ

«يا اَسْمَعَ السّامِعينَ يا اَبْصَرَ النّاظرينَ ويا اَسْرَعَ الحاسِبينَ وَيا اَرْحَمَ الرّاحِمينَ صَلّ عَلى مُحَمَّد والِ مُحَمَّد السّادةِ الْمَيامين (الى قوله ‎السلام) يا ربُّ يا رَبُّ».

 

Həzrəti İmam Hüseyn (ə) bu bir neçə cümləni təzərrö halı ilə üca səslə Allahın dərgahına ərz edirdi. Və özünün mübarək baş gözünü göyə tərəf tutmuşdu və iki məşk kimi mübarək gözlərindən yaş axırdı.