Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

Kəramətlər əvəzinə Alimlərin fəaliyyətlərindən danışın

Allahın adı ilə

Həzrəti Ayətullahul uzma Safi Gülpayqani özünün yay tətillərindən qabaqkı axrıncı xarici fiqh (ali hüquq) dərsində:

Kəramətlər əvəzinə Alimlərin fəaliyyətlərindən danışın.

Həzrəti Ayətullahul uzma Safi Gülpayqani özünün yay tətillərindən qabaqkı axrıncı xarici fiqh (ali hüquq) dərsində tələbələrə xitabən buyurdular:Dəfələrlə qeyd etmişəmki hövzə və tələbənin tətili yoxdur. Həmişə gərək elm təhsili və kəsbi halında olsun. Bu dövrün şəraitinə diqqət edərək əldə olan fürsətlərdən mütaliə və araşdırma cəhətində tam istifadə etsin.

Həzrəti Ayətullahul uzma Safi Gülpayqani qabaqkı alimlərin elmlərinin əhatə dairəsinə və qüdrətinə işarə edərək əlavə etdilər: Qabaqlar alimlər harda oturmasından asılı olmayaraq elmi mübahisə ilə məşğul olardılar. Hazırki, müxtəlif mövzulardan ki, məclislərin qəndi sayılır, heç xəbər yox idi. Məhz buna görə idi ki, onların elmi qüvvəsi çox olurdu. Dərsin əsəri də daha çox olurdu.

Həzrəti Ayətullahul uzma Safi Gülpayqani elmi mübahisənin təsirini dərs və mütaliədən daha yüksək bilərək, buyurdular: Hövzə bir çür idi ki, hər yanda elmi söhbətlər gedirdi. Müxtəlif kitablar və rəngarəng elmi mövzulardan söhbət edirdilər. Bu növ mübahisələr tələbələri məcbur edirdi tainki, daha çox və heniş mütaliələr etsinlər.

Həzrəti Ayətullahul uzma Safi Gülpayqani dərs və mübahisəni kifayi vacib saymaqla yanaşı buyurdular: Mədrəsə və sinifin olması və olmaması fərq etmir. Əgər vacibdir ki, dərs oxuyaq, məktəb və sinif də olmasa gərək mütaliə və dərsimiz olsun. Gərək zəhmət çəkilsin və bu qədər müxtəlif sahələrdə yaranan suallarla bekar oturmaq və mütaliə etməmək islam aliminin və bir tələbənin şənində deyil.

Həzrəti Ayətullahul uzma Safi Gülpayqani elmin müxtəlif sahələrində tələbələrin tanışlığının zəruriliyini vurğulayaraq, izhar etdilər: Bütün sahələrdə gərək mütaliə və araşdırma aparılsın. Məsələn ricalda, İslam tarixində, ilahiyyatda, Məxsusən hər gün dünyanın bir güşəsindən yeni baş qaldıran təzə firqələr gərək mütaliə və tədqiqat aparsınlar.

Həzrəti Ayətullahul uzma Safi Gülpayqani zəlalətdə olan vəhhabizm firqəsinin genişmiqyaslı sahələrdə kitab çapına və yüksək təbliğatına işarə etdilər və buyurdular: Ruhanilərin öhdəsində məxsus və ağır bir yük və məsuliyyət vardır ki, bu qədər hücumların, iftira və yalanların qarşısında dayansınlar. Hazır cavab olsunlar və hər yerdə hər növ mübahisə oldu və qabağa gəldi, cavab verməyin öhdəsindən gəlsinlər.

Həzrəti Ayətullahul uzma Safi Gülpayqani alimlərin öz ətrafında gedən prosseslərə əhatəsinə bir misal vuraraq, Ayətullah Burucerdidən bir xatirəni nəql etdilər: Mərhum Ayətullah Burucerdi dedilər: Gördüm bir çox adamlar gəlirlər və İmam zaman (ə.c) və onunla görüşmək barədə xass suallar soruşurlar. Diqqətimi çəkdi. Tədqiqatdan sonra məlum oldu ki, Bir şəxs özünü çox dindar adlandıraraq, gəlir keçirilən Nüdbə duasının ortasında şübhə icad edir. Bu minvalla öz inanc və inamlarını kütlə arasında yayır. O buyururdu ki, mən özümə təkliuf bildim ki, Bir Mübarək Ramazan ayını yalnız bu mövzuya ayırdım. Tainki, ictimaiyyəti actual mövzulara nisbət agah edim.

Həzrəti Ayətullahul uzma Safi Gülpayqani əlavə edərək buyurdular: Rəvayətdə gəldiyi kimi alimlər din və islamın gözüdürlər və gərək ətrafı yaxşı görsünlər və bilsinlər nələr baş verir. Mövzulara qarşı həssas olsunlar. Əgər bir alim evdə otursa və yalnız ibadət etsə, batil quruplar önə gələrək heç bir şey qoymayacaqlar.

Həzrəti Ayətullahul uzma Safi Gülpayqani qaqbaqkı alimləri böyütmək metodundan tənqid edərək buyurdular: görürük ki, mütamadi şəkildə alimlər üçün kəramət nəql edirlər. Alimlərin fəaliyyətlərindən danışın. Baxın ki onlar nə qədər mübarizə etmişlər. Suallara və şübhələrə cavab vermək üçün nə qədər əziyyət çəkiblər. Bunları demək mühümdür. Şiəliyi və kütlənin inamını qorumaq üçün bunları etmək və demək və yaymaq lazımdır.

Həzrəti Ayətullahul uzma Safi Gülpayqani hövzələrin gümrah edici məzhəblərə qarşı təbliğatını gücləndirməsini istədi. Buyurdular: Alimlər gərək anda fitnəni yatırsınlar və fitnə səsini boğsunlar. Tainki onlar cavanları və agah ilmayan camaatı azdırmasınlar. Əgər oturaq və həmişə deyək bir şey bilmirik, bu vəzifə əda etməyin metodu deyil. Çünki bu barədə məsuliyyətimiz var. Məxsusən bu zamanda hamımız vəzifəmiz var ki, kütlənin din və məzhəbinin quruyucusu və kontrol edəni olaq.

Həzrəti Ayətullahul uzma Safi Gülpayqani təbliğat fəzasının genişlənməsinə dair buyurdular: Bütün dünya alimlərin nəzarəti altında olmalıdırlar. Keçmişdə əgər Çində bir döyüş olsaydı onun xəbəri İrana çatması üçün həmin döyüş qurtarırdı. Amma bu gün dünyanın bir güşəsində bir hadisə baş verirsə bütün dünyada xəbəri anda yayılır. Alimlər gərək özlərini din və məzhəbin müdafiəçisi bilsinlər.

Həzrəti Ayətullahul uzma Safi Gülpayqani hazırkı zamanda tələbələrin maddi durumunun və yaşayışlarındakı çətinliklərərinə işarə edərək buyurdular: Qabaqkı alimlər daha çox kasıblıqla yaşayırdılar, boş çörək yeyirdilər, amma iqtisadi müstəqilliklərini saxlayırdılar. Başqalarına ehtiyaclarını bəyan etmirdilər. Hövzəyə gələn tələbə qənaət və səbirli olmalidır.

Həzrəti Ayətullahul uzma Safi Gülpayqani sonda alimlərin və tələbələrin müvəffəqiyyətini arzulayaraq, buyurdular: Əhd duasında oxuduğumuz kimi gərək çalışaq tainki Həzrəti Məhdi (ə.c) in hacətlərini bəravərdə edək. Həzrəti Məhdi (ə.c) in hacətləri budur ki, Əhli beytin maarifinin və elmlərini əldə edək və İslam və məzhəbimizin qoruyucusu və müdafiəçisi olaq.