Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi başqalarının gözü ilə

Həzrəti Ayətullah-ul-üzma seyyid Cəmaləddin Haşimi Qolpayqani :

Nəcəf əşrəfin yüksək səviyyəli müçtehidlərindən olan Həzrəti Ayətullah-ul-üzma seyyid Cəmaləddin Haşimi Qolpayqani hicri qəməri ili ilə 1375 ci ilin cəmadiüləvvəl ayınin 3-də Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safiyə İctihad icazə verərək, qeyd etmişlər ki, Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi şəri hökmlərdə ən yüksək istinbat və ictihad dərəcəsinə yetişiblər. O qeyd olunan məktubda Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safini “ alim, elmin özü, bilikli, bilici, fazil, kamil insan, məşhur elmli, iradəli və höccətul-islam ” ləqəblərilə yad edərək, tərifləmişlər.

Həzrəti Ayətullah-ul-üzma şeyx Məhəmməd Əli Kazemi Xorasani :

Həzrəti Ayətullah-ul-üzma şeyx Məhəmməd Əli Kazemi Xorasani Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safiyə məktubunda onu “ Elmin minarəsi və elmin özü ” adlandırmış və onu yüksək qiymətləndirmişdir. Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Nəcəfi tərk etdikdə onu Nəcəfə dəvət edərək belə yazmışdır : “ Cənabalinin Nəcəf-Əşrəfi tərk etməsi və elm ocaqlarının sizin kimi şəxsiyyətlərdən boş qalması narahat edici haldır. Çünki hazırda elm ocağlarının sizə ehtiyacı vardır ki, anadangəlmə istedad ilə pak şəriətin namusunu həm batində və həm zahirdə qorumağa maliksiniz ”.

 

Həzrəti Ayətullah-ul-üzma İmam Xumeyni :

İmam Xumeyni müxtəlif yerlərdə Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin tədbirli hərəkətlərini, fiqhi düşüncəsini, və mühüm məsələlərdə olan bacaracağını qiymətləndirmişlər. Məhz bu cəhətə əsasən Ayətullah-ul-üzma Lütfüllah Safini, ölkə qanunlarının şəri və konstitusiya ilə uzlaşmasına axrıncı qərar verən mərkəz kimi tanınan qoruyucu və nəzarətçi şurada, rol ifa etməyə, seçdilər.

İmam Xumeyni özünün 22.3.65 tarixli məktubunda Ayətullah-ul-üzma Lütfüllah Safini “ ləyaqət və etibarı aşkar, aydın ” olan fəqihlər sırasından ; digər dəfə isə “ uzun xidmət müddətində gündəmdə olan məsələlərə tam və geniş məlumatı olan ” şəxs kimi qələmə vermişlər. Başqa bir məktubinda isə belə demişdir : “Ayətullah Lütfüllah Safi mənim etimadım və məhəbbətim olan şəxsdir ”.

Həzrəti Ayətullah-ul-üzma Qolpayqani :

Həzrəti Ayətullah-ul-üzma Qolpayqani İslam fiqhinin ensiklopediya və kompyuter tədqiqatlarrı şöbəsinə məktubunda, Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safini müasir dövrün böyük və bacaracaqlı fəqihi və elmi məqama sahib bir insan kimi tanıtmışdır. Həmçinin onun qiymətli vücudundan və dəyərli elmi sərmayəsindən istifadə etməyi təkid etmişdir. Nəhayət, Həzrəti Ayətullah-ul-üzma Qolpayqani Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safidən adil və aşkar müçtehid kimi yad etmişdir.